Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü mübarizə aparır.
Ziya Babaşov (63 kq) 1/4 finalda israilli Abere Fetene ilə qarşılaşacaq.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovla üz-üzə gələcək.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpan Bisultanovla münasibətləri aydınlaşdıracaq.
Sərxan Məmmədov (130 kq) 1/4 finalda çexiyalı Marsel Albiniylə qarşılaşacaq.