Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb.
Modern.az xəbər verir ki, Ombudsmanın hesabatında Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları yer alıb.
Hesabat Ermənistan tərəfindən işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqların kütləvi şəkildə və qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi, qəbirüstü abidələrin talan edilməsi, habelə məzarları ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə ərazinin minalanması və digər əyani faktları özündə əks etdirir.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
