Azərbaycanın idman gimnastı Nikita Simonov Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 26 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında fərqlənib.
İvan Tixonov isə parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. O, martın 5-də finalda mübarizə aparacaq.