Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edildi
  • Gündəm
  • Təhsil

Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edildi

rubinroot Mart 4, 2022
Без названия

Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat yayıb..

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.

Qeyd edək ki, müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur. Bu halda abituriyentlər hər iki cəhd üzrə (hər cəhddə bir dəfə olmaqla) imtahanda iştirak edə bilərlər. Hər iki cəhddə iştirak edən abituriyentlər ikinci cəhddə birincidəkindən fərqli ixtisas qrupu üzrə imtahan verə bilərlər. I‑IV ixtisas qrupları üzrə ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər qəbul imtahanının ikinci mərhələsinin 1-ci cəhdində iştirak edirlər. 2-ci cəhddə də iştirak etmək istəyən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə in­ter­net səhifəsindən qeydiyyatdan keçəcəklər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq bəndləri qeyd etməlidirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.

Qeyd edək ki, qəbul kampaniyasının bütün mərhələlərində Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Almaniya Rusiya qazından imtina etdi
Next: Deputat Müdafiə Nazirliyindəki həbslərdən danışdı: “Divləri” aradan qaldırmaq lazımdır”

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.