Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Rusiya Premyer Liqası dəyərini yarım milyarddan çox itirəcək
  • Gündəm
  • İdman

Rusiya Premyer Liqası dəyərini yarım milyarddan çox itirəcək

rubinroot Mart 2, 2022
231b26be-35dc-3079-b1b4-973caeeec1a5_850

Futbol üzrə Rusiya Premyer Liqasının dəyəri yetərincə enə bilər.

“Report”un məlumatına görə, bu, legionerlər klublarla müqavilələri ləğv edəcəyi təqdirdə baş verəcək.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) çempionatdakı bütün legionerlərə klubları ilə mövcud müqavilələrini ödənişsiz ləğv etmək imkanının verilməsi təklifi ilə çıxış edib.

FIFPro məsələ ilə bağlı FIFA-ya müraciət də ünvanlayıb və məsələnin ali futbol qurumu ilə müzakirə olunduğunu bildirib.

Rusiya Premyer Liqasındakı 399 oyunçudan 132-si, yəni, 33,1 faizi legionerdir.

“Transfermarkt” portalına görə, çempionatın dəyəri 994,63 milyon avro təşkil edir. Çempionatdakı 16 komandanın ən dəyərliləri müvafiq olaraq “Zenit”, “Spartak” və “Krasnodar”dır. Bu “üçlüy”ün legionerlərinin qiyməti 255,9 milyon avrodur.

Qalan 13 klubdakı əcnəbi oyunçuların dəyəri isə bundan bir qədər çox – 269,95 milyon avroya çatır.

Hazırda çempionatın ən bahalı futbolçuları da məhz legionerlərdir. “Zenit”də çıxış edən Malkom Premyer Liqanın ən bahalı oyunçusudur. 25 yaşlı braziliyalı hücumçunun transfer dəyəri 22 milyon avro qiymətləndirilib. Onun kolumbiyalı komanda yoldaşı Vilyam Barrios (20 milyon avro) ikinci, həmyerlisi Vendel (19 milyon avro) üçüncü pillədə qərarlaşıb.

Premyer Liqanın oyunçu baxımından ən dəyərli klubu “Zenit”dir. Sankt-Peterburq təmsilçisinin 23 oyunçusunun ümumi qiyməti 170,55 milyon avrodur. Bununlardan 9-u legionerdir və onların qiymətləri 119,7 milyon avro təşkil edir. Yerlilərin qiyməti isə 50,85 milyon avroya bərabərdir.

Çempionatın ikinci bahalı komandası Moskva “Spartak”ı UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”i ilə üz-üzə gəlməli idi. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən “qırmızı-ağlar”a təxniki məğlubiyyət verilib. “Spartak”dakı 25 oyunçunun dəyəri isə 118,05 milyon avrudur. Klubda 8 legionerin ümumi dəyəri 54,7 milyon avroya bərəbərdir. Yerlilər isə 63,35 milyon avro olaraq qiymətləndirilir.

108,05 milyon avroluq dəyərlə üçüncü olan “Krasnodar”ın 23 oyunçusundan 11 legionerin ümumi qiyməti 75,2 milyon avroya çatıb. 12 rusiyalı oyunçuya isə cəmi 32,85 milyon avro qiymət qoyulub.

Bundan əlavə, Rusiya Premyer Liqasında “Rubin”dən gürcüstanlı Xviça Kvaratsxeliya (16 milyon avro), “Zenit”dən braziliyalı Duqlas Santosla Klaudinyo (hər ikisi 16 milyon avro) kimi transfer dəyəri yüksək olan futbolçular çıxış edir.

Rusiya Premyer Liqasındakı limitə görə legionerlərin sayı 13-ü keçməməlidir. Komandalarda ən azı 12 rusiyalı oyunçu yer almalıdır ki, onlardan 4-ü klubun yetirməsi olmalıdır. Eyni zamanda, bir qarşılaşmada meydana 8-dən artıq legioner çıxa bilməz.

Əcnəbi futbolçular komandalarda azlıq təşkil etsə də, əksəriyyətinin qiymətləri yerli futbolçulardan yüksəkdir. Onlar sözləşmələri vaxtından əvvəl pozsalar, Rusiya klublarının dəyəri kifayət qədər – yarım milyard avrodan çox enəcək. Bu isə çempionatın səviyyəsinə də öz təsirini göstərəcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İlham Əliyev Makronla Ukraynanı müzakirə etdi
Next: Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.