Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • 3 mindən çox şəxsə pensiya təyin olunub
  • Rəsmi
  • Siyasət

3 mindən çox şəxsə pensiya təyin olunub

rubinroot Fevral 4, 2019
DSMF krupniy

Yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Rubin.az-averilən məlumata görə ,pensiya yaşı (kişilər üçün 64 yaş, qadınlar üçün 61 yaş) tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilib.

Pensiya təyinatının avtomatlaşdırılması bu sahədə vətəndaş-məmur təmasının aradan qalxmasına və şəffaflığın təmin olunmasına imkan verib. Vətəndaşlar pensiya yaşı çatdıqda heç yerə müraciət etmədən və sənəd təqdim olunmadan, nəticədə hər hansı süründürməçilik, bürokratik halla rastlaşmadan onların pensiya hüququ reallaşdırılır.

Xatırladaq ki, 2019-cu ildə pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə (36 min insan) elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Digər 30 faiz şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b. daxildir ki,onların da pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər aparılır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Hər bir mobil telefon, sosial şəbəkə istifadəçisi nəzarətdədir — Texnologiya nəhəngləri sizi necə izləyir?
Next: “Şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib” – Nazir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.