“Azərbaycan Prezidenti İlham Əliyevlə danışığımızın nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınları və yanğınsöndürən maşınları pulsuz yanacaqla təmin etmək tapşırılıb”.
“Unikal” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Tvitterdə paylaşım edib.
“Gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik”, – o qeyd edib.
Bununla bağlı SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov da feysbuk səhifəsində yazıb:
“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək”, – paylaşımda deyilir.