Rusiyanın Perm şəhərində keçirilməsi nəzərdə tutulan Körling üzrə 2022-ci il Avropa çempionatının təşkili hüququ Rusiyadan alınıb.
Bu barədə Dünya Körlinq Federasiyası açıqlama ilə çıxış edib.
Kişi və qadın komandalarının iştirakı ilə keçirilməsi nəzrdə tutulan turnir noyabrın 19-dan 26-dək baş tutmalı idi.
Qərar Dünya Körlinq Federasiyasının İcraiyyə Komitəsinin növbədənkənar toplantısında verilib.
Hələlik yeni ev sahibi ölkənin adı açıqlanmayıb.
Oxu.az