Milli Məclisin bugünkü plenar iclasında deputatlar Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik sükutla yad edib.
RUBİN.AZ xəbər verir ki, bu təşəbbüsü Milli Məclisin spikeri Sahibə Qafarova irəli sürüb.
O bildirib ki, anım günü Prezident İlham Əliyevin sərəncamına əsasən dövlət səviyyəsində tədbirlərlə yad edilir: “Təklif edirəm ki, Xocalı soyqırımının qurbanlarını 1 dəqiqəlik sükutla yad edək”.
Xocalı faciəsi haqda hazırlanan videoçarx Milli Məclisdə nümayiş etdirilib.