“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib”.
RUBİN.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər.
Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinləmə həyata keçirirlər”, – o qeyd edib.
