Futbol üzrə Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.
Oxu.Az xəbər verir ki, Ağdam klubu Avropa Konfrans Liqasının pley-offunda Fransa “Marsel”i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
PFL “köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.