Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“Rubin.az” xəbər verir ki, sərəncama əsasən Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 milyon 933 min 900 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.