Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı, Yevlax şəhər Yevlax Şəhər Gənclər və İdman İdarəsi və Mədəniyyət Həmkarlar təşkilatı birgə bayram süfrəsi ətrafıda tədbir təşkil etdib. Rubin.az xəbər verir ki,tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmisi Vaqif Əliyev açaraq gəncləri təbrik etdi. O Cənab Prezidentimizin Azərbaycan gənclərinə xüsusilə region gənclərinə göstərdiyi diqqətdən söz açdı.
YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova , Yevlax Gənclər İdman İdarəsinin rəisi Bünyamin musayev, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söz açdılar. Bildirdilər ki, son illər rayonda Gənclər evi inşa olunub, təhsil ocaqlarında idman meydançaları zallar tikilərək istifadəyə verilmişdir. Yeni iş yerlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Zöhrə Adığıözəlova və Etibar Məmmədov çıxışlarında qeyd etdilər ki, təsadüfi deyil ki, Cənab Prezidentimizin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında gənclər irəli çəkilir. Onlara məsul vəzifələrin icrası həvalə olunur. Bu cür yüksək qayğıya görə Yevlaxlı gənclər adından ölkə Rəhbəri möhtərəm İlham Əliyev Cənablarına minnətdarlığımızı bildiririk.
Sonra YAP Yevlax Rayon Təşkilatının Sədr müavini Aparat rəhbəri Əli Quliyev şıxış edərək təntənəli bayram münasibəti ilə Azərbaycan gəncliyini təbrik etdi. O, 1 fevral 2019-cu il tarixdə cənab Prezident İlham Əliyevin gənclərlə görüşündə iştirak edən bir şəxs olaraq möhtərəm Prezidentimizin gənclərə ünvanladığı səmimi və hikmətli sözləri yevlaxlı gənclrə çatdırdı. Əli Quliyev Yeni Azərbaycan Partiyasının gənclərə yanaşma tərzindən danışaraq vurğuladı ki, Gənclər Partiyanın gələcəyə baxan gözü, ölkəmizin rifahı naminə nəzərdə tutulmuş inkişaf proqramını reallaşdıracaq ən aparıcı güvvəsidir. Sevinirik ki, bu gün Azərbaycan gəncliyi müsir inkişaf etmiş dövlətdə dövlət rəhbərinin bir başa qayğısı ilə çox sağlam ruhda formalaşıb inkişaf edirlər. Cənab Prezidentin gənclik illərindən ta bugünədək keçdiyi həyat yolu bu gün hər bir Azərbaycan gənci üçün örnəkdir və onların həyat proqramıdır.
Sonda Partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc YAP Yevlax Rayon Təşkilatı, Gənclər İdman idarəsi və Həmkarlar ittifaqları tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.