Cümə axşamı, 15 Oktyabr 2026 16:03:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? – RƏSMİ AÇIQLAMA

03.02.2022 12:58 · 147 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb.

Yoluxma sayının bu qədər kəskin artması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyini gündəmə gətirib.

Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu o deməkdir ki, 3-cü doza vaksin vurdurmayan şəxslər bir çox məkanlara daxil ola bilməyəcək.

İddialara əsasən, ölkə üzrə yoluxmanın artan tempdə davam etməsi fevralın 15-dən bəzi məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olacaq. Məhdudiyyətlərin arasında ənənəvi təhsilin distant formaya keçməsi də var.

Belə bir iddianın nə qədər əsaslı olub-olmamasını dəqiqləşdirmək və mövcud durumda hansı qərarların qəbul edilməsinin doğru olacağını öyrənmək məqsədilə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, hazırda ciddi qapanmalara getmək heç nəyi həll etməyəcək:

“Çünki yoluxma intensivliyi orta yüksək həddədir. Bu dalğanı biz keçməliyik. Fikrimcə, təhsil sahəsində hər hansı məhdudlaşdırmaya ehtiyac yoxdur. Sosial həyat dayandıqca, bu, insanların psixikasına ciddi təsir edir.

Artıq ABŞ-da ciddi qapanmalara getmək məsələsi qaldırılıb. Danimarka da oxşar qərar verib. Bugünkü vəziyyətdə insanlar qapalı mühitdə karantin qaydalarını gözləməlidir. İnfeksiyanın mənbəyi təmasdır.

Kütləvi tədbirlər, toylar, yaslarda insanların iştirakına limit qoyulmalıdır. Həmin yerlərə insanların buraxılışı yoxlanılmalıdır. Təkcə vaksin sertifikatı deyil, xəstəliyi, qızdırması və başqa xəstəliyin əlaməti olan şəxslər bu məkanlara buraxılmamalıdır. Bu istiqamətdə məhdudlaşdırıcı tədbirlər görülməlidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlaması belə olub: “Bildiyiniz kimi, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu səbəbdən sorğunuzu aidiyyəti qurumlara yönləndirməyiniz məqsədəuyğundur”.

↑