Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • DSX matrosunun intiharı ilə bağlı cinayət işi açıldı-RƏSMİ
  • Manşet
  • Rəsmi

DSX matrosunun intiharı ilə bağlı cinayət işi açıldı-RƏSMİ

rubinroot Yanvar 22, 2022
proku-6451096608-1642783347

Dövlət Sərhəd Xidmətinin (DSX) matrosu Ramil Rzaquliyevin intihar etməsi ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən RUBİN.AZ-a daxil olan məlumatda deyilir:

“Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmiş, saat 11 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İctimaiyyətə əlavə məlumat veriləcək”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov Malayziyanın XİN başçısının müavini ilə görüşdü
Next: DİN-dən ƏMƏLİYYAT: Bakıda iki narkotacir və onların qurduğu şəbəkə ifşa edildi – VİDEO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.