Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Daha bir şadlıq sarayının sahibinə cinayət işi açıldı
  • Din

Daha bir şadlıq sarayının sahibinə cinayət işi açıldı

rubinroot Dekabr 29, 2021
1634979149_f8ced32b-0765-37f2-8f83-15f78ecc24d3_850

Ötən gün Azərbaycanda toylara görə 3 nəfər cərimələnib, şadlıq sarayının sahibinə cinayət işi açılıb.
Bu barədə Reportyor.info ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 235 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 232 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı-VİDEO
Next: Azərbaycanda qardaş qardaşını ÖLDÜRDÜ

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.