Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Güləşçimiz erməniyə qalib gələrək Fransa çempionu oldu
  • İdman

Güləşçimiz erməniyə qalib gələrək Fransa çempionu oldu

rubinroot Dekabr 21, 2021
modern.az-21.12.2021-1640095446

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yığmamızın üzvü İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” həlledici görüşdə “Sarregimenes”lə qarşılaşıb.

Güləşçimiz 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib – 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə “Şiltgem” Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident bu məhkəmələrə sədr və hakimlər TƏYİN ETDİ
Next: İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.