Cümə axşamı, 26 Noyabr 2026 07:13:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00
Manşet

Hikmət Hacıyev: “Ermənistanın bütün təxribatlarının cavabı veriləcək”-VİDEO

11.12.2021 23:19 · 120 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” Sammitindən sonra “Haber Global”a müsahibəsində bildirib ki, Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır.

“Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var. İnsanların böyük sevinclə, güvənli şəkildə doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir. Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır. Nə zaman müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək, bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək”, – H.Hacıyev deyib.

Virtualaz.org

↑