Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı daha bir fərman verib.
“Rubin.az”Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı şəhid ailələri ilə keçirdiyi bugünkü görüşdə məlumat verib.
Ölkə başçısı vaxtilə müavinətləri almış ailələrlə bağlı araşdırılmaların aparıldığını və onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını, bu səbəbdən 11 min manat alacaq şəhid ailələrinin sayının artdığını vurğulayıb.
Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.