Bazar, 29 Noyabr 2026 15:32:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Din

Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU

03.12.2021 22:55 · 166 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib.

RUBİN.AZ  xəbər verir ki,  DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda çıxış edən  nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.Gündəlikdəki məsələlər üzrə nazir müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov məruzə ilə çıxış ediblər.İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov son üç ilə yaxın bir müddətdə keçirilmiş 10 Kollegiya iclasından hər birinin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsinə, düzgün və məqsədyönlü istiqamətləndirilməsinə, ən başlıcası vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həlli, istintaq və təhqiqat prosesində qanunçuluğa riayət edilməsi, cinayət və digər hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi sahəsində müvafiq Kollegiya qərarları əsasında həyata keçirilmiş tədbirlər daha məqsədyönlü davam etdirilməlidir. Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır.Çıxışında polisin bayır xidmətinin aparılmasına da toxunan nazir xüsusən post-patrul və yol-patrul qurumlarının işinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin, şəxsi heyətin polis etikasını dərindən mənimsəməsi üçün davamlı treninqlərin keçirilməsinin vacibliyini də qeyd edib. Asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, yol hərəkətinə nəzarətin həyata keçirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməsini tələb edib, eyni zamanda Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərlərinə fəaliyyətdə texnoloji yeniliklərin geniş tətbiqi ilə bağlı tapşırıqlarını çatdırıb.

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha xatırladan nazir V.Eyvazov əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, arxayınlığa yol verilməməsi, əməliyyat-xidməti fəaliyyətin ayrı-ayrı istiqamətlərində mövcud olan çatışmazlıqların tam aradan qaldırılması, icrası nəzərdə tutulan məsələlərin həllinin ilin sonunadək təmin edilməsi üçün konkret göstərişlər verib.

↑