Cümə axşamı, 26 Noyabr 2026 07:13:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00
Manşet

Milli Məclisin sədr müavini Adil Əliyev Yasamalda Memorial kompleksin açılışında iştirak edib

02.12.2021 12:14 · 237 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakının Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial kompleksin açılış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin komitə sədrləri, deputatlar, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, ali təhsil müəssisələrinin rektorları, şəhid ailələri, qazilər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan Memorial kompleksə 339 şəhidin adları və soyadları əks olunub, şəhidlərin adına park və bulaq salınıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanmış tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Fəxri Qarovulun müşayiəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyulub.

Açılışda çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi misilsiz hünər və şücaət nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından həmişəlik azad edilməsini və şanlı üçrəngli bayrağımızın Vətən göylərində qürurla dalğalandığını diqqətə çatdırıb. Sədr müavini Ermənistanın 30 illik işğalına 44 gün kimi qısa müddət ərzində son qoyulması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa  edildiyini və bununla da ölkəmizin öz gücünü dünyaya göstərdiyini qeyd edib. O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmancasına döyüşərkən şəhid olan Vətən övladlarının müqəddəs ruhunun hər birimiz üçün əziz olduğunu vurğulayıb, ölkəmizin müxtəlif şəhər və rayonlarında şəhidlərin adlarına xatirə komplekslərinin inşa edilməsinin vacibliyinə toxunub.

Açılış mərasimində çıxış edən Yasamal RİH-in başçısı Elşad Həsənov xatirə kompleksinin şəhidlərin ruhuna ehtiram nümunəsi olduğunu qeyd edərək, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Hacı Şahin Azərbaycan Ordusunun tarixi zəfərindən söz açıblar.

Mərasimdə çıxış edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qan yaddaşında yaşayacaq və onların fədakarlığı gələcək nəsillərə nümunə olacaqdır.

Tədbir şəhid övladlarının ifasında bədii kompozisiya ilə başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


↑