Bazar, 29 Noyabr 2026 15:31:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Elm

Test tapşırıqlarını 7 – 10 manata qrup üzvlərinə satırlar-DİM-dən açıqlama

28.01.2019 13:13 · 1. 256 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dövlət İmtahan Mərkəzi (DİM) intellektual mülkiyyətindən qanunsuz istifadə edilməsi barədə açıqlama yayıb.

DİM-dən “Rubin.az”-a verilən məlumata görə, son vaxtlar sosial şəbəkələrdə DİM-in adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.

Onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

Məsələn, Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “İngilis dili müəllimləri üçün imtahana hazırlıq” adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 – 10 manata) qrup üzvlərinə satırlar.

“Facebook”da fəaliyyət göstərən “Salamzade’s English” adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün “apk” formatlı mobil proqram yerləşdirilib, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən DİM-in internet saytında pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib.

DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib.

Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.

Belə insanların nəzərinə bir daha çatdırılır ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edilir ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər.

↑