Çərşənbə, 25 Noyabr 2026 06:55:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

Azay Quliyev Yunanıstanda insan haqları məsələsini qaldırıb

25.11.2021 11:12 · 120 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib.
Bu barədə ATƏT PA-nın rəsmi saytının yaydığı press-relizdə ətraflı məlumat verilib.
Məlumatda bildirilir ki, Azay Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, Miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalampos Atanasios, Baş nazirin xüsusi nümayəndəsi Konstantin Karidis, xarici işlər nazirliyinin baş katibi Temistoklis Demiris, əsas müxalifət partiyasının nümayəndəsi və sabiq xarici işlər naziri Corc Katrigalos və digər rəsmi şəxslərlə keçirdiyi görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Görüşlərdə həmçinin Qərbi Balkanlarda yaşanan son gərginlik, Yunanıstanda gələcək seçkilər, regional əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Afina ilə Skopya arasında Şimali Makedoniyanın ad məsələsinin danışıqlar yolu ilə həlli təqdir olunub, region ölkələrinin Avropa İttifaqına üzvlüyünün bu bölgənin gələcək inkişafı üçün zəmanət ola biləcəyi vurğulanıb. Azay Quliyev Bosniya və Hersoqovinada artan gərginlik fonunda bölgə ölkələrinin daha yaxından əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb və 2023-cü ildə Şimali Makedoniyanın ATƏT-ə sədrlik etməsinin Qərbi Balkanlarda problemlərin effektiv həlli baxımından yeni imkanlar yaratdığını bildirib.
ATƏT PA-nın Xüsusi nümayəndəsi Miqrasiya və əmək naziri ilə noyabrın 24-də keçirdiyi görüşdə miqrasiya sahəsində ATƏT PA ilə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. Bildirilib ki, qaçqın və məcburi köçkün problemi ATƏT ərazisində ən ciddi humanitar problem kimi qalmaqdadlır və bu problemin səmərəli həlli üçün üzv ölkələr səylərini birləşdirməlidir.
Azay Quliyev nazirlər, parlament nümayəndələri və müxalifər partiyası ilə keçirdiyi görüşdə Yunanıstanda insan hüquqları, mətbuat azadlığı və qanunun aliliyi məsələləri, son vaxtlar bu sahədə yaşanan problemləri və məhdudiyyətləri ətraflı müzakirə edib, bu problemlərin həllində ATƏT PA-ın dəstəyini və iştirakını təklif edib.
ATƏT PA-nın yaydığı məlumatda o da qeyd olunur ki, Azay Quliyev görüşlər zamanı iqtisadi və təhlükəsizlik məsələlərini, seçki islahatlarını yunan tərəfdaşları ilə müzakirə edib və mövcud çağırışların qarşısının alınmasında parlament diplomatiyasının rolundan bəhs edib.
Press-relizdə o da qeyd olunub ki, Azay Quliyev ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi ilk səfərini Yunanıstan edib və gələn il regionun digər ölkələrinə də anoloji səfərlər təşkil olunacaq.//Azvision.az
↑