Avropa Şurası Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı narahatlığını ifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında deyilir.
“Mən Ermənistanla Azərbaycan arasında insan itkiləri ilə nəticələnmiş insidentlə bağlı narahatlığımı ifadə edirəm. Mən atəşkəs barədə xəbəri alqışlayıram və tərəfləri atəşkəsə sadiq qalmağa çağırıram. Təşkilatımıza illərlə əvvəl qoşularkən Ermənistan və Azərbaycan münaqişəni dinc yolla həll etmək öhdəliyini qəbul etmişdi. Bu öhdəlik ciddi şəkildə icra olunmalıdır”, – bəyanatda vurğulanıb.
M.Peyçinoviç-Buriç bildirib ki, Avropa Şurası etimad yaratmaq və sülhün təşviqi məqsədilə iki dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırdır.
M.Peyçinoviç-Buriç bildirib ki, Avropa Şurası etimad yaratmaq və sülhün təşviqi məqsədilə iki dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırdır.