Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan Ordusu 7 şəhid verdi – Rəsmi
  • Manşet
  • Rəsmi

Azərbaycan Ordusu 7 şəhid verdi – Rəsmi

rubinroot Noyabr 17, 2021
mudafie (1)

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. 

RUBİN.AZ  Müdafiə Nazirliyinə istinadən şəhid olan hərbi qulluqçuların adlarını təqdim edir:

– leytenant Niftəliyev Ümüd Oruc oğlu;

– gizir Cabbarov Orxan Hətəm oğlu;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

– əsgər Ağayev Elçin Mərifət oğlu;

– əsgər Əlizadə Elmin Samir oğlu;

– əsgər Əliyev Elçin Ramil oğlu;

– əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Almaniya XİN-in nümayəndə heyəti Azərbaycana gəlib
Next: XİN bəyanat yaydı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.