Bazar, 29 Noyabr 2026 16:30:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İdman

Taekvondoçumuz erməniyə qalib gəlib Avropa çempionu oldu – FOTO

15.11.2021 11:56 · 155 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.

Yarışın ilk günündə bir medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha iki mükafat əlavə edib.

Məmməd Abdullayevlə Zahid Məmmədovun rəhbərlik etdiyi komandada Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.

2019-cu ildə analoji birincilikdə 3-cü olan Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil edən erməni əsilli Leon Eloyanla döyüşüb. Taekvondoçumuz uğurlu seriyanı davam etdirərək, bu dəfə də dayanqdan qalib ayrılaraq Avropa çempionu tituluna yiyələnib.

Onun kimi, Həsənzadə də bütün rəqiblərindən güclü olduğunu nümayiş etdirib. Xanım idmançımız müvafiq olaraq Sofiya Qarsiya (İspaniya), Lilli Ettelbruk (Almaniya) və Antonina Valjak (Polşa) üzərində qələbə qazanmaqla finala yüksəlib. Zemfira həlledici görüşü də aktivinə yazıb. O, italiyalı Juliya Qalieronu məğlub etməklə qızıl medala yiyələnib.

Avropa birinciliyinin ilk iki günündən sonra aktivində iki qızıl və bir bürünc mükafat olan yığmamız komanda hesabında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Pünhan Mürsəlov (45 kq) komandamıza bürünc medal qazandırıb. Noyabrın 15-dək davam edəcək birinciliyə millimiz 15 idmançı ilə yollanıb.//Oxu.az

↑