Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir”
  • Manşet
  • Siyasət

Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir”

rubinroot Noyabr 11, 2021
24cabdd0-a6fd-3141-b31d-055750bd45e3_850

“Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi – mənəvi dəstək göstərib”.

Report  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.

O bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib.

“44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək”, – M.Cabbarov bildirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib – VİDEO
Next: İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.