Bazar, 29 Noyabr 2026 19:34:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
Rəsmi

Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ-AÇIQLANDI

06.11.2021 17:18 · 152 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün, noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun rəhbərliyi ilə komissiyanın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın rəşadətli Silahlı Qüvvələrini 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib və qələbəyə görə təşəkkürünü bildirib, şəhidlərə rəhmət, müharibə zamanı yaralanmış qazilərə sağlamlıq diləyib.

İclasda komissiyanın 1 ili ərzində gördüyü işlərin vəziyyəti müzakirə olunub.

Baş nazir qeyd edib ki, bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, səkkiz təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib.

Komissiya tərəfindən 13 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.

Ötən dövr ərzində 12 125 obyektdə, yəni bütün obyektlərin 91.2 %-də təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.

Hazırda 1 094 obyektdə, yəni bütün obyektlərin 8.2 %-də tikinti və təmir işləri davam etdirilir.

Beləliklə, təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13 219 və ya 99.4 % təşkil edir.

Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6 %-dir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır.

İclasda məruzələr dinlənilib və işlərin yekun mərhələsinə dair müvafiq tapşırıqlar verilib.

↑