Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • QDİƏT-in Parlament Məclisinin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
  • Manşet
  • Rəsmi

QDİƏT-in Parlament Məclisinin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

rubinroot Noyabr 6, 2021
7aa3bc1a-0180-3998-8d44-7aec72672ef0_850

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Rubin.az  xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımıza inam gəldi. Tarixi Zəfər Sizin uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə, diplomatik fəaliyyətiniz və ordu quruculuğu nəticəsində mümkün oldu.

Hazırda Qarabağ bölgəsində qarşıda böyük bərpa işləri durur. Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsi göstərdi ki, Sizin rəhbərliyiniz altında aparılan bərpa işləri böyük sürətlə həyata keçirilir və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsi dünyanın ən gözəl guşəsinə, respublikamızın mənəvi paytaxtına çevrilir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə böyük uğurlar arzulayıram”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycan polisi Zəfər Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
Next: Bakı-Sumqayıt qatarını daşa basanlar tutuldu

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.