Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Çingiz Abdullayev “Neftçi”nin darmadağını barədə: “Bayern” də 0:5 uduzmuşdu”
  • Gündəm
  • İdman

Çingiz Abdullayev “Neftçi”nin darmadağını barədə: “Bayern” də 0:5 uduzmuşdu”

rubinroot Noyabr 2, 2021
1630398109_cingiz

“Bu gün “Neftçi” Azərbaycan çempionudur. Ötən mövsüm biz “Qarabağ”a öz meydanımızda 0:6 hesabı ilə uduzmuşduq. Amma komanda çempion oldu. Bu gün də inanırıq ki, komanda çempionatı uğurla başa vuracaq. Biz “Neftçi”ni sevirik, həmişə də onunla birgə olacağıq”.

Bunu Oxu.Az-a “Neftçi” klubunun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev deyib.

O, Azərbaycan Premyer Liqasının IX turunun oktyabrın 30-da “Azersun Arena”da baş tutmuş görüşündə “Neftçi”nin “Qarabağ”a 0:4 hesablı darmadağınına münasibət bildirib. Onun sözlərinə görə, bu hesab komandanın sonda çempion olmasına mane olmur:

“0:4 hesabı ilə uduzmaq hələ heç nə demək deyil. “Bayern” də Almaniya Kubokunda Mönhenqladbax “Borusiya”sına 0:5 hesabı ilə uduzdu. İndi 0:4 uduzmaq da heç nəyi dəyişmir.  Biz yenə də Azərbaycan çempionu sayılırıq”.

Qeyd edək ki, “Qarabağ” ötən ilin noyabrın 8-də “Neftçi”yə səfərdə 6:0 hesabı ilə qalib gəlmişdi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Milli Məclisdə Amnistiya Aktı müzakirə olunur
Next: Avtomobil “KamAZ”a çırpıldı – Yaralı var

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.