Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İlham Əliyev Macarıstan Prezidentini təbrik etdi
  • Manşet
  • Rəsmi

İlham Əliyev Macarıstan Prezidentini təbrik etdi

rubinroot Oktyabr 22, 2021
ilham

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

RUBİN.AZ  xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan-Macarıstan münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Strateji tərəfdaş olan ölkələrimizi birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi-ticari, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşir.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm” .


About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Təhsil haqqında” Qanuna dəyişikliklər təhsilin fasiləsizliyinin təmin edilməsinə şərait yaradacaq
Next: Canəli Əkbərov vəfat etdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.