Bazar, 29 Noyabr 2026 15:10:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Din

DYP-dən vətəndaşlara MÜRACİƏT

12.10.2021 11:06 · 164 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.

RUBİN.AZ xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

“Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin doqquz ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir.

Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştikaçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyəti qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir”.

“Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı”, – deyə o vurğulayıb.//Oxu.az

↑