Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Teymur Rəcəbov dünya çempionuna qalib gəldi
  • İdman

Teymur Rəcəbov dünya çempionuna qalib gəldi

rubinroot Oktyabr 3, 2021
380076_res_01

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilir.

7-ci turda Şəhriyar Məmmədyarov Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmada qalib gəlib.

Teymur Rəcəbov isə yarışın təşkilatçısı, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenlə qarşılaşıb. Rəcəbov rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Tərəflər arasında ilk iki partiya bərabərliklə başa çatsa da, sonrakı iki oyunda Teymur həm qara, həm də ağ fiqurlarla rəqibindən üstün olub.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.//Virtualaz.org

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür
Next: Zakir Həsənov Gürcüstana səfərə gedib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.