Bazar, 29 Noyabr 2026 15:18:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Elm

Azercell olimpiadaçı şagirdlərə dəstək oldu

23.01.2019 20:54 · 505 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu ilə də uğurla başlayıblar. Belə ki, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri böyük nailiyyətlər əldə ediblər. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4-ü gümüş və 1-i bürünc olmaqla ümumilikdə 5 medal əldə ediblər.

Məktəblilərimizin uğurunda təhsil sahəsində həyata keçirdiyi və dəstək verdiyi sosial layihələr ilə hər zaman öndə olan “Azercell Telekom” MMC-nin də rolu var. “Rubin.az “ xəbər verir ki,şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində həyata keçirilir. Hazırlıq prosesində şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC ötən il Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında və eləcə də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Komanda Olimpiadasında da şagirdlərimizə dəstək olub.

↑