Bazar, 29 Noyabr 2026 20:28:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
Gündəm

İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının işinə belə QİYMƏT VERDİ

27.09.2021 16:28 · 138 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib.

Ölkə başçısı Laçın dəhlizinə nəzarət edən və Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının işinə də toxunub
İlham Əliyev deyib ki, erməni təxribat qruplarının fəaliyyəti ilə Rusiyaya mütəmadi şikayətlər bildirilir.
“Qanuni şikayətlərimizi bildiririk. Təxribat qrupu o zaman oraya girdi ki, rus sülhməramlıları hələ bölgəyə tam yerləşməmişdi. Çünki noyabrın 10-da müharibə başa çatdı. Bundan sonra, Rusiya sülhməramlılarının təxminən 2 min nəfərlik heyətinin orada məskunlaşması bir müddət çəkdi. Çoxlu boşluqlar var idi. Burada ədalətli olmalıyıq. Hələ o əraziyə tam nəzarəti ələ almamışdılar. Ermənilər bundan istifadə edərək azad edilmiş torpaqlarımıza soxuldular.

Amma ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirə bilərəm. Təbii ki, bizi qane etməyən məsələlər var, şikayətlərimiz də var. Bu, ilk növbədə, xarici vətəndaşların torpaqlarımıza qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim torpağımızdır. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə girə bilməz. Bizdən icazə alınmalıdır. Ancaq dəqiq deyə bilərəm ki, yüz faiz səviyyəsində bu hələ həll olunmayıb. Ancaq deyim ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlişi çox nadir haldır. Bunu da qeyd etməliyik. Siyasətimizin və israrımızın nəticəsində bu proses artıq başa çatmaq üzrədir. Ancaq təbii ki, suverenliyimizə və ərazi bütövlüyümüzə tam hörmət edilməsini istərdik. Əslində, Rusiyanın yüksək vəzifəli şəxsləri Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edirlər. Bu halda orada xidmət edən əsgərlər də bu izahlara uyğun olaraq fəaliyyətlərini həyata keçirməlidirlər”.//Modern.az

 

↑