Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi
  • Gündəm
  • Rəsmi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

rubinroot Sentyabr 25, 2021
378962_res_01

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

RUBİN.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır.

Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Next: Anım Gününə görə bu yollarda hərəkət iki gün məhdudlaşdırılacaq – Siyahı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.