Bazar, 29 Noyabr 2026 18:36:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
Digər

Əli Əliyev Baş Prokurorluğa çağırılmasından danışdı

23.09.2021 11:14 · 137 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Baş Prokurorluğa dəvət edilməsindən və ona qarşı irəli sürülmüş ifadələrdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, partiya sədri “Osmanqızı TV” yutub kanalında bildirib ki, Baş Prokurorluğa çağırılmağı çox güman ki, onun apardığı siyasi işlə bağlıdır:

“Mən əslində münasibətin bu səviyyəyə çatacağını gözləyirdim. Hakimiyyət son iki ildə bütün vasitələrdən bizə qarşı istifadə etməyə çalışır. Bunu müxtəlif formalarda təzahür edib. Bu iki il ərzində mənim iki feysbuk səhifəm oğurlanıb. İşdən çıxarılmağımla bağlı təzyiqlər edilib.

Hakimiyyət davranışlarımızdakı prinsipiallıqdan narahat olmağa başlayıb. Təxminən 10 gün əvvəl 20-yə yaxın deputat bizə qarşı danışdı. YAP-ın rayon təşkilatları üzərimizə gəldi. Qondarma müxalifətin başçısının əlinə mətn verdilər, o da çıxıb oxudu. Bizə olmazın iftiralar edildi. Bu da həmin prosesin davamıdır.

Biz hakimiyyətlə sağlam rəqabət şəklində mövcud olmaq istəyirik. Mən dəvət eləmiş tərəfi (Baş Prokurorluq) heç nədə ittiham edə bilmərəm. Onlar vəzifə sahibidir, onlara gələn tapşırıq əsasında bu iş görülüb. Görüşdə öz vəzifələrini icra edirmiş kimi davrandılar. Amma proses bir-birinə həlqəvari bağlı olduğundan buna qədər olan təzyiqlərin davamı kimi qiymətləndiririk. Açıqlama yayılan ifadələrlə razı olmadığımı onların diqqətinə çatdırmışam. Mən hakimiyyəti belə metodlardan əl çəkməyə çağırıram”.

Xatırladaq ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19)  pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

↑