Cümə axşamı, 15 Oktyabr 2026 09:47:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Təhsil Nazirliyi

Müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi başlayıb

22.09.2021 11:37 · 173 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gündən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılıb.

Təhsil Nazirliyindən Report-a verilən məlumata görə, vakansiya seçimləri 24 sentyabr saat 10:59-da başa çatacaq.

Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Qeyd ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda, tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

↑