Bazar, 29 Noyabr 2026 15:37:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İdman

“Keşlə” Baş Prokurorluğa müraciət etdi

20.09.2021 19:07 · 182 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Keşlə”hüquqşunas Aslan İsmayılovun Feysbukda paytaxt təmsilçisi ilə bağlı yazdığı iddialara münasibət bildirib.

Axar.az  xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun yazdıqlarının həqiqəti əks etdirmədiyi bildirilib.

“Keşlə” və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 2017-ci il 23 oktyabrda “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, “İnter Arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:

01.03.2019 – 3,000.00 (üç min) manat

24.07.2019 – 5,000.00 (beş min) manat

21.10.2019 – 3,000.00 (üç min) manat

26.11.2019 – 3,000.00 (üç min) manat

15.04.2020 – 2,000.00 (iki min) manat

10.09.2020 – 1,000.00 (bir min) manat

05.08.2021 – 2,000.00 (iki min) manat

02.09.2021 – 3,000.00 (üç min) manat

20.09.2021 – 3,000.00 (üç min) manat

20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilib”, – vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib: “Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik”.

↑