İngiltərənin nüfuzlu “Financial Times” nəşri “ilin adamları”nı açıqlayıb.
Rubin.az xəbər verir ki, sözügedən statusun sahibləri bu dəfə koronavirus peyvəndini ixtira edən, əslən Türkiyədən olan həkimlər- Uğur Şahin və Özlem Türeci cütlüyü olub.
Xatırladaq ki, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.
Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.