Bazar, 25 Oktyabr 2026 22:54:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00
Xəbər xətti

“Sanksiyalar qətiyyən gündəlikdə deyil” – Niderland səfiri

18.11.2020 15:58 · 304 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil.

Rubin.az-ın məlumatına görə, bunu Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Səfir bildirib:

“Mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm”.

↑