Bazar, 25 Oktyabr 2026 22:54:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00
Xəbər xətti

Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI

14.11.2020 11:59 · 302 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib.

Bu barədə Rubin.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

“Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk”, – deyə məlumatda vurğulanıb.

↑