Bazar, 25 Oktyabr 2026 22:00:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib (FOTO/VİDEO)24.10.2026 09:00 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız23.10.2026 21:00 Azərbaycanla Pakistan ədliyyə və məhkəmə sahələrində əməkdaşlığı genişləndirir (FOTO)23.10.2026 18:00
Xəbər xətti

Maksim Medvedevdən Mxitaryana cavab

09.10.2020 10:34 · 289 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı feysbuk səhifəsində paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, ingilis, rus və Azərbaycan dilində yazdığı mətnlə, həmçinin ermənistanlı futbolçu Henrix Mxitaryanın da cavabını verib.

Medvedev bunları yazıb:  “ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinə ünvanladığınız məktub, UNİCEF-in xoşməramlı səfiri kimi missiyanıza uyğun gəlmir, çünki çoxlu yalan ifadələr var. Azərbaycan təcavüzünə istinadınız səhvdir. Həqiqi təcavüz Ermənistan tərəfindən Azərbaycana qarşı edilib. Ermənistan Azərbaycan ərazilərinin beşdə birini işğal etdi və 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə apardı. Təcavüz zamanı Ermənistanın silahlı qüvvələri insanlığa qarşı çoxsaylı cinayətlər törətdilər. Bu cinayətlər arasında Ermənistanın 63 uşaq olmaqla 613 günahsız mülki vətəndaşını öldürdüyü Xocalı Soyqırımı da var idi.

Vətəninin təhlükədə olduğunu iddia etmək əsassızdır. Döyüşlər müstəsna olaraq beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisində baş verir.

Erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsini xatırlatmaq istəyirəm. Ermənistan bu əsas sənədləri rədd edir.

Son hərbi eskalasiya Ermənistanın sentyabrın 27-də Azərbaycanın mülki və hərbi mövqelərini atəşə tutmasından sonra başladı. Suriya, Livan və digər Yaxın Şərq ölkələrindən muzdlu əsgərlərdən istifadə edərək, Ermənistan cəbhə bölgələrindən uzaq çox insanın məskunlaşdığı bölgələrdə də Azərbaycan mülki əhalisini hədəf almağa davam edir. Bu, beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Nəticədə, sırasıyla 13 və 14 yaşlarında iki bacı-qardaş olmaqla 28 mülki şəxs öldü, 144 mülki şəxs yaralandı, 66 mülki obyekt və 427 ev dağıldı.

Münaqişə bölgəsindəki xristian irsi və dəyərlərindən narahat olduğunuzu iddia edirsiniz. Sizə deyim ki, çoxmillətli və çoxmədəniyyətli bir ölkə kimi Azərbaycan bütün mədəni və tarixi irsi öz torpağında qoruyur. Bu gün də Bakının mərkəzində Erməni Kilsəsini görmək olar. Təəssüf ki, Azərbaycan irsinin hamısı işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən və Ermənistanın özü tərəfindən dağıdılmışdır.

Gənclərin ölümü ilə bağlı narahatlığınıza gəlincə, bunun qarşısını almağın ən yaxşı yolu Ermənistan hökumətini beynəlxalq birliklərin işğal altında olan torpaqlarımızdan hərbi qüvvələrini çıxarmaq tələblərini yerinə yetirməyə çağırmaqdır. Mən, Azərbaycanda doğulmuş, böyümüş və həmişə oynayan Maksim Medvedev, əminəm ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılması bölgəmizdə sülhə yol aça bilər”.

↑