Cümə axşamı, 15 Oktyabr 2026 10:37:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Təhsil naziri direktora töhmət verdi

01.09.2020 23:12 · 1. 019 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

“Rubin.az” xəbər verir ki,bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,  “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, E. Rzayevin sosial şəbəkələrdə avtobus sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra BNA rəsmisi Mais Ağayev açıqlama yayaraq bildirmişdi ki, sözügedən şəxsin sürücü işləməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Bildiririk ki, “BakuBus MMC”də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib”.

↑