Cümə axşamı, 15 Oktyabr 2026 12:15:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Nazir valideynlərə müraciət etdi

27.08.2020 20:28 · 893 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Valideyn uşaqları məktəbə göndərməyə məcbur deyil”.

“Rubin.az” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, hansısa ailədə yaxud dərsə gələn uşağın özündə temperatur yüksək olarsa, onun məktəbə gəlməməsi təklif olunur. Valideynlərin burada seçiminə hörmətlə yanaşılır. “Virtual məktəb və distant təhsil paralel davam etdirildiyinə görə, valideynlərin uşağını məktəbə göndərmək və ya göndərməmək seçimini tanıyırıq. İctimai müzakirələr zamanı bəzi valideynlər məktəblərin açılmasını təhlükəli hesab edirdi, əksər valideynlər isə məktəblərin açılmasının tərəfdarı idi. Bu seçim valideynlərə veriləcək. Onlar müvafiq qaydada tədris müəssisələrini məlumatlandırmaqla əyani, distant və ya qarışıq üsulu seçə bilərlər.Valideymnlərə bu seçimi asan etmək üçün xüsusən əhalinin sıx yaşadığı bölgələrdə mütəmadi məlumatlandırmaya çalışacağıq”.

↑