Onlar Milli Məclisə hücum etməklə‚ xalqımızın milli birliyinə‚ dövlət və xalq həmrəyliyinə qarşı təxribat törətmiş oldular. Qanunverici Orqanın inzibati binasına zor yoluyla daxil olaraq orada dağıntılar törətmək ağır cinayətdir. Xalqın dövlətə dəstək şüarlarından süi-istifadə edib təxribat törədənlər ağır şəkildə cəzalanmalıdır..
Bunu mətbuata açıqlamasında iyulun 14-də xeyli sayda insanın Şəhidlər Xiyabanına gələrək dövlətə və orduya dəstək şüarları səsləndirməsi zamanı bir qurup təxribatçının həyata keçirtdiyi təxribat əməllərindən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚
Məlum olduğu kimi‚ dünən xalqımızın ordumuza və əsgərlərimizə dəstək yürüşündə bir qurup təxribatçı qüvvə düşmən dəyirmanına su tökmək istədi. Xalqımızın və insanlarımızın səmimiyyətindən və yüksək vətənpərvərliyindən qaynaqlanan ordumuza və dövlətimizə dəstək yürüşündə insanların arasına qarışaraq sadə insanlarla yürüşdə iştirak edən və xain qüvvələrin‚ məkrli ermənipərəst dairələrin‚ anti-Azərbaycançı mərkəzlərin və bilavasitə erməni lobbisinin diktəsini icra edən həmin bir qurup ekstremist və təxribatçı cinayətkar dəstə dövlətimizə və ordumuza dəstək ifadə edən sadə xalq kütləsindən ayrılaraq iğtişaş törətməyə çalışmışlar. Onlar polis avtomobillərinə hücum edərək‚ polis avtomobillərinə ziyanlıq vuraraq‚ əsayiş keşikçilərinə də xəsarətlər yetirməyə çalışmış və beləcə Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasına daxil olaraq orada təxribatlar törətmiş və binanın daxilində ekstremist və dağıdıcı hərəkətlər həyata keçirərək‚ Milli Məclisin inzibati binasına və binanın daxilindəki bir çox invertarlara dağıdıcı ziyanlıq vurmuşlar. Bu hal‚ birbaşa erməni dəyirmanına su tökməkdir. Bu hal xarici qüvvələrin ölkəmizə və xalqımıza qarşı iyrənc düşmənçilik siyasətinə xidmət etməkdir. Həmin azğın və gözü dönmüş vəhşi xislətli təxribatçı və ekstermist şəxslər erməni lobbisinin və ərazi bütövlüyümüzün pozulmasında maraqlı olan və buna can atan məkrli qüvvələrin sifarişini icra ediblər. Milli Məclisin binası toxunulmaz ərazidir. Milli Məclis Qanunverici orqandır‚ Millətin Məclisidir‚ xalqın mandat verdiyi şəxslərin binasıdır. Mili Məclisə‚ Qanunverici Orqanın binasına hücum etmək‚ binanın daxilində qarışıqlıq‚ təxribat və dağıntı yaratmaq‚ dağıdıcı hərəkətlər etmək‚ bir sözlə Millətin Məclisinin inzibati binası daxilinə zorla daxil olaraq azğınlıq və ekstremistlik etmək qəti şəkildə bağışlanmaz haldır və ağır cinayətdir. O təxribatçı və ekstremist şəxslər Milli Məclisin inzibati binasına hücum edərək binanın daxilində dağıntılar törətməklə Azərbaycan xalqına və xalqımızın iradəsinə qarşı hücum etmiş sayılırlar və bu ekstremal hal Dövlətçiliyimizə qarşı yönəlmiş hücum aktıdır. Millətin Məclis binasına hücum etməklə ordumuza və dövlətimizə dəstək olmaq arasında 360 dərəcə bucaq altında bir-birinə zidd və tərs mütanasiblik var. Əksinə ordumuza və dövlətimizə dəstək olaraq bu kimi binalar qorunmalıdır. Dövlət binası və dövlət əmlakı müqəddəs anlam daşıyır‚ ona hücum edib sındırmaq‚ dağıtmaq bağışlanmaz cinayət halıdır. Bütün dünyanın gözünün məhz Bakıda olduğu bir vaxtda belə təxribatçılıq və ekstremistlik etmək ölkəmizin nüfuzuna zərbə vurmağa çalışmaq‚ dövlətçiliyimizin zədələnməsinə cəhd göstərmək‚ Azərbaycanı gücsüz və zəif ölkə olaraq dünyaya göstərmək‚ xalqın Dövlətə‚ Ali Baş Komandana və ordumuza göstərdiyi dəstəyi və xalqla dövlət arasındakı sarsılmaz həmrəyliyi pozmağa çalışmaq‚ ümumiyyətlə xalqı iğtişaşa‚ təxribata‚ xaosa təşviq etmək məqsədi daşıyır. Onlar bu cinayəti törətməklə çalışdılar ki‚ iyulun 14-də Bakıda 10 minlərlə insanın Dövlətçiliyə‚ möhtərəm cənab Ali Baş Komandana‚ ordumuza və dövlətimizə dəstək olaraq keçirtdiyi yürüşü sabotaj və protesto etsinlər‚ onların törətdiyi təxribat hərəkətlərilə ciddi qarışıqlıq və iğtişaş yaransın və beləcə bütün dünyaya dövlətə dəstək üçün gələn insanları dövlət əleyhinə olan şəxslər olaraq təqdim etsinlər və Azərbaycanın nüfuzuna xələl gəlsin. Bütün məqsəd bu idi. Hadisə açıq şəkildə bunu göstərdi. Onlar düşmən ölkənin istəyini və xaricdəki məkrli anti-Azərbaycançı daiərələrin mənfur siyasətini və xain düşmənlərin sifarişini həyata keçirtmək istədilər. Lakin göründüyü kimi Azərbaycan xalqı bu təxribata getmədi və həmin təxribatçı şəxslərin kimliyi məlumdur. Xalqımız birmənalı olaraq Dövlətçiliyimizin keşiyində olmağa çalışır‚ bütün Azərbaycan xalqı bu gün Dövlətimizlə və şanlı ordumuzla birlikdədir‚ xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib və Dövlətimizi var qüvvəsilə müdadiə edir. Bizim xalqımız qeyrətli xalqdır və xalqımız hər zaman bu cür olub. Xalqımız heçbir zaman təxribatçıların çağırışlarına qoşulmayıb və heçbir düşmən təxribatı məqsədinə çatmayıb. Çünki ölkəmizdə çox güclü xalq və dövlət birliyi və həmrəyliyi vardır.
Çox həssas bir zaman kəsiyindəyik‚ həsas bir məqamdayıq. Belə məqamlarda ayıq sayıq olmalıyıq. Çünki düşmən hər zaman bizə bu cür təxribatlar və iyrənc düşmənçilik ssenariləri planlayır və daxildəki radikal qüvvələrin‚ 5-ci kolonun və özlərinin maliyyələşdirdiyi təxribatçı dəstələrin əli ilə həyata keçirtməyə çalışır. Xalqımız və vətəndaşlarımız ayıq sayıq olmalıdır‚ heçbir təxribata getməməlidir‚ heçbir yalan məlumatlara və dezinformasiyalara inanmamalıdır. Cəbhədəki vəziyyətlə bağlı informasiya mənbəyi yalnız rəsmi qurumlarımız və Müdafiə Nazirliyidir. Lazımı bütün məlumatlar isə Azərbaycan Dövlət Televiziyasının efirindən səsləndirilir. Təmkinli şəkildə ancaq rəsmi xəbərləri dinləmək lazımdır. Hər birimiz ordumuza öz dəstəyimizi ifadə etməli və Dövlətin maraqlarının və suverenliyinin‚ ölkəmizin ərazi bütövlüyünün qorunmasına xidmət göstərməliyik. Bütün xalq olaraq düşmən təxribatının və xarici anti-Azərbaycançı dailərin maliyyələşdirdiyi daxildəki radikal qüvvələrin iğtişaş‚ təxribat və qarışıqlıq yaratmaq istəklərinin və anti-Azərbaycançı fəaliyyətlərin‚ ölkəmizə qarşı planladıqları anti-kampaniyaların və informasiya cəbhəsində onların darmadağın edilməsinə çalışmalıyıq. Bu‚ bizim vətənimizə‚ Dövlətimizə və xalqımıza vicdan borcudur.
Eyni zamanda iyulun 14-dən 15-nə keçən gecə Bakıda Şəhidlər Xiyanında iğtişaş törədən və Milli Məclisə daxil olub orada təxribatlar və ekstremist hallar törətmək istəyən və binaya‚ habelə polis avtomobillərinə ziyanlıq vuran‚ əsayiş keşikçilərinə zor tətbiq etmək istəyən həmin təxribatçı dəstə ən ağır şəkild cəzalanmalıdır. Bu qəbul edilməz haldır və xalqımız tərəfindən bu hal‚ təxribatçıların cinayətləri‚ ümumiyyətlə təxribatçılığa can atanlar ən ağır şəkildə tənqid olunmalı və qınanmalıdır. İnsanlarımız ordumuzun imicinə‚ Dövlətçiliyimizə zərbə vurmaq istəyən bu kimi bütün şəxsləri ən sərt şəkildə şiddətli qınaq atəşinə tutmalıdır. Eyni zamanda bu kimi şəxslər qanun qarşısında cavab verməlidir. Təxribatçıların hər biri ordumuzun nüfuzuna zərbə vurmaq və xalqımızın dövlətimizə olan dəstəyini sabotaj etmək əməlinə‚ ölkəmizin Qanunverici Orqanının inzibati binasının şüşələrini sındırıb azğın şəkildə Dövlət binasına və əmlakına təxribatçı hücum etdiklərinə və dövlət əmlakına bilərəkdən və qəsdən dağıntı məqsədilə zərər vurduqlarına görə layiqli cəzalarını alacaqlar.