Bu yaxınlarda Bərdə rayon Hacıəhmədli kəndində yaşayan II qrup Qarabağ əlili İsmayıl Rüstəm oğlu Rüstəmov ev şəraitinin acınacaqlı olması ilə bağlı mənə müraciət edib.
“Rubin.az” xəbər verir ki,bu sözləri deputat Fatma Yıldırım deyib sosial şəbəkə hesabında yazıb.Millət Vəkilinin sözlərinə görə çadırda yaşayan qazimiz, vaxtilə müharibə əlilləri üçün dövlət tərəfindən verilən ev növbəsinə durmayıb, özünə güvənib və dövlətə yük olmaq istəməyib. Lakin indi İsmayıl qardaşımızın maddi çətinliklər səbəbindən vəziyyəti ağırdır, ailədə ağır xəstə olduğundan evini tikib başa çatdıra bilmir.
Qarabağ əlilinin belə bir durumla qarşı-qarşıya qalmasından ciddi narahatlıq keçirtdim. Çünki müharibədə qəhrəmancasına vuruşmuş bu şəxs rayonda vətənpərvər bir insan kimi tanınır. Eyni zamanda, YAP üzvü olan İsmayıl qazimiz bizim seçkiqabağı təbliğat görüşlərimizdə də xüsusi fəallıq göstərib.
Onun mənzil şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köməklik göstərilməsi üçün müraciət etdim. Cavab olaraq məsələnin araşdırıldığı və karantin dövründən sonra həllinə köməklik gostəriləcəyi bildirildi. İnanıram ki, dövlətimiz hər zaman olduğu kimi bu dəfə də Qarabağ qazisinə öz qayğısını göstərəcək.