Dövlətimiz Covid-19 pandemiyasının qarşısının alınması üçün gecə gündüz fasiləsiz qabaqlayıcı və izolyasiya tədbirləri həyata keçirir və bu tədbirlər də hər birimizin Koronavirusdan qorunması üçündür. Bu səbəbdən Dövlətimizin bütün tələb və tövsiyyələrinə əməl etmək‚ həftə sonu “Evdə qal” kampaniyasına qoşulmaq xalqımızın təhlükəsizliyi naminə atılan addımlardır.
Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚
Bütün dünyanı öz cənginə almış Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Dövlətimizin həyata keçirtdiyi qabaqlayıcı və izolyasiya tədbirlərinin icrasına mane olmaq və bütün dünyanı qorxuya salan bu virus bəlasından xilas olmaq üçün Dövlətimizin qəbul etdiyi qərarların icrasını həyata keçirən əsayiş keşikçilərinə ciddi müqavimət göstərmək çox ciddi təxribat halıdır. Məsələdən belə də qənaətə gəlmək olar ki‚ kimlərsə‚ hansısa gözə görünməz çirkin niyyətli xain qüvvələr ölkəmizdə əsayişin və sabitliyin pozulmasına və virus təhlükəsinin yayılmasına çalışır. Hansısa görünməz xarici qüvvələr ölkəmizdə təxribat yaratmağa və virusun daha da artmasına çalışırlar ki‚ bu da ölkəmiz üçün ağır nəticələrin yaşana biləcəyi təhlükəsini meydana gətirə bilər. İlk növbədə onu qeyd edək ki‚ bu təhlükəli virus sürətlə yayılarsa‚ insanlar arasında sürətli və kütləvi ölümlər yaşana bilər. Əgər virus qarşısı alınmaz həddə çatarsa‚ bu təhlükəli pamdemiyadan ölümlərin sayı sürətlə artar və bu da dəhşətli fəlakət deməkdir. Virusun yarada biləcəyi kütləvi ölüm halları bütün ölkəmizi bürüyə bilər və qarşısı alınmaz hal yaşanar. Dövlətimiz və ölkə rəhbərliyi xalqımızı və bütün ölkəni bu dəhşətli bəladan qorumağa çalışır. Ali rəhbərlik bu günə qədər buna çalışıb və çox güclü qabaqlayıcı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı bütün əzmini xalqımızı bu ölüm saçan dəhşətli virus bəlasından qorumağa və xilas etməyə sərf edir. Möhtərəm cənab Preziedentin rəhbərliyi və birbaşa nəzarəti altında Dövlətimiz bütün qabaqlıyıcı və qoruyucu tədbirləri həyata keçirir. Bunun üçün səhiyyə mütəxəssisləri tərəfindən‚ virusdan qorunmaq və xilas olmaq istiqamətində beynəlxalq təcrübəyə əsaslanan qaydalar müəyyən edilmiş və hal hazırda tətbiq edilməkdədir. Tətbiq edilən qaydalar ölkəmizin mövcud virus təhlükəsindən xilas olması üçündür. Dünyanın bütün ölkələrində bu qaydalar tətbiq edilir. Eləcə də bizim ölkəmizdə məlum izolyasiya və xilas etmə tədbirləri həyata keçirilir. Bütün bu tətbiq edilənlər hər birimizin həyatının sığortası və həyatda qalmağımız üçündür. Dövlətimizin tətbiq etdiyi bütün qaydalara‚ bütün çağırışlara və bütün tələblərə əməl etmək bütün xalqımızın mövcud Koronavirus pandemiyasından qorunması deməkdir. Ölkə başçısı özü də bu qaydalara şəxsən riayət edir və hər kəs də bundan nəticə çıxararaq‚ öz məsuliyyətini bilməli‚ tələb edilən bütün qaydalara əməl etməlidir. Bu‚ virusdan xalqımızın və ölkəmizin qorunması və xilas olması üçün məcburidir. Çünki söhbət ölkənin və 10 milyonluq xalqın təhlükəsizliyindən və müqəddəratından gedir. Məsələ artıq ümummilli məsələdir. Kiminsə qaydanı pozmaq haqqı yoxdur. Ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün hər kəs və hamı məsuliyyətini dərk edərək Dövlətimizin bütün çağırış və tələblərinə‚ qanunların icrasına əməl etməlidir.
Mirsamir Məmmədov qeyd edib ki‚ hər kəs məsələnin ciddiliyini və ağırlığını başa düşüb‚ Dövlətimizin bütün çağırışlarına əməl etməlidir. Bu‚ hər kəsə şamildir. Əgər virusdan qorunmaq üçün beynəlxalq təcrübəyə əsasən evdə qalmaq tələb olunursa‚ bu tələb hər birimizin‚ bütün Azərbaycan xalqının virusdan xilas olması və qorunması üçündür. Buna qeyd-şərtsiz əməl etmək hər kəsin üzərindəki ən vacib məsələdir. Bu‚ hər kəsin borcudur.
Üstəlik virusdan qorunmağımız üçün qanunun tələblərinin icrasına nəzarət edən əsayiş keşikçilərinə hərbə-zorba gəlmək‚ qanuna qarşı güc və zor tətbiq etmək‚ özbaşınalıq edərək virusun yayılmasına və bütün ölkə və xalq üçün təhlükə yaradacaq hərəkətlər etmək‚ qanunun bütün tələblərini pozmaq isə bağışlanmaz cinayət halıdır. Bu kimi cinayət hallarının qarşısı dərhal alınmalıdır. Hətta vətəndaşlarımız özləri məsuliyyət hiss edərək qanunu pozan bu kimi insanları ictimai qınaq obyektinə çevirməli‚ bu hallar xalqımız tərəfindən ən sərt və ağır şəkildə qınanmalı‚ xalqımızın təhlükəsizliyinin qorunması üçün Dövlətimizin çağırış və tələblərini pozan bu kimi insanları xalqımız özü sərt tənqid edərək mənəvi cəza verməlidir ki‚ kimsə bir daha qanunu pozmasın və kimsə qanunun tələblərinə qarşı çıxmasın. Dövlətimizinin bütün çağırış və tələbləri qanunlara əməl edilməsindən ibarətdir. Qanun hamı üçündür və bu‚ bizim təhlükədən qorunmağımız üçündür‚ deyə M. Məmmədov bildirib.