Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib
  • Rəsmi
  • Təhsil Nazirliyi

Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib

rubinroot Fevral 21, 2020
03-21.02.20-04

Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Kürdəmir şəhərindəki Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edib.

“Rubin.az” xəbər verir ki,qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının əsaslı təmir və tikintisi, təhsil haqqı, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
Next: DTX vəzifəli şəxslərin həbsi ilə bağlı məlumat yaydı: icra başçısı, müavini və digərləri saxlanıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.