Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qısnamaya məruz qalan məktəblinin hekayəsi tanınmışların təqdimatında – Video
  • Gündəm
  • Təhsil Nazirliyi

Qısnamaya məruz qalan məktəblinin hekayəsi tanınmışların təqdimatında – Video

rubinroot Yanvar 29, 2020
dcfüqetf

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub. “Rubin.az”  xəbər verir ki, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir
Next: İki həftə əvvəl gəlin köçən qız öldü – Foto + Yenilənib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.